Xarici işlər naziri türkiyəli həmkarının dəvəti ilə İstanbula səfər edəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlunun dəvəti ilə sabah İstanbul şəhərində keçiriləcək ?Suriya xalqının dostları qrupu?nun 2-ci Konfransında iştirak etmək üçün Türkiyəyə səfər edəcək.