Bahar Muradovaya Milli Məclisin Fəxri medalı verilib
Milli Məclisin sədri Oqtay Əsədovun sərəncamı ilə parlamentin vitse-spikeri Bahar Muradova ölkəmizdə parlamentarizmin inkişafında və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycan Respublikası Milli Məclisinin Fəxri medalı ilə təltif edilib.
Martın 29-da parlamentin sədri Milli Məclisin Fəxri medalını Bahar xanım Muradovaya təqdim edərək ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Milli Məclisin sədr müavini əməyinə verilən qiymətə görə minnətdarlığını ifadə edərək, gələcəkdə də üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün qüvvə və bacarığını əsirgəməyəcəyini söyləyib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51