Bu gün İsveç Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Mikael Erikssonun ictimaiyyət nümayəndələrilə görüşü təşkil olunub. ?Nobel qardaşları evi?ndə verilən ziyafətdə Avropa ölkələrinin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların Bakıdakı nümayəndələri, siyasi partiya liderləri, o cümlədən Müsavat və AXCP sədrləri, QHT rəhbərləri iştirak edib. Tanışlıq xarakteri daşıyan tədbirdə səfir Mikael Eriksson çıxış edərək İsveç-Azərbaycan əlaqələrindən danışıb.