Nazirlər Kabinetində müzavirə keçirilib
Bakı-Şamaxı-Yevlax avtomagistralında sürüşmə baş verməsi ilə əlaqədar Nazirlər Kabinetində baş nazirinin müavini Abid Şərifovun sədrliyi ilə müşavirə keçirilib. İclasda sürüşmə ilə əlaqədar lazımi tədbirlərin görülməsi üçün aidiyyəti təşkilatlara tapşırıqlar verilib.
Ərazidə olan sürüşmə sahələrində mühəndis-geoloji tədqiqatların aparılması, tədqiqat müddətində ərazidə tikinti işlərinin dayandırılması, Bakı-Şamaxı-Yevlax avtomagistralının Ağsu aşırımı istiqamətində hərəkətin tam məhdudlaşdırılması barədə təkliflər qəbul edilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19