Azərbaycanın gənc müğənnisi Rövşən Civişov bu yaxınlarda Türkiyəyə səfər edəcək. Müğənninin ANS PRESS-ə verdiyi məlumata görə, səfərinin məqsədi isə Türkiyənin TMB kanalında qonaq olmaqdır. Qeyd edək ki, TMB (Türk Müzik Birliyi) bütün türkdilli ölkələrdə yayımlanır. Rövşən açıqlaması zamanı onu da vurğulayıb ki, o, hal-hazırda xarici şirkətlə şəxsi saytı üzərində çalışır. Keyfiyyətli məhsul təqdim etməyə hazırlaşan Rövşən saytın dizaynının da fərqli olduğunu dilə gətirib.