Milli Məclisin deputatı Qənirə Paşayeva bundan sonra ölkəmizi AVRONEST Parlament Assambleyasında təmsil edəcək nümayəndə heyətində də fəaliyyət göstərəcək. Millət vəkili Qənirə Paşayeva AVRONEST-in Siyasi Komitəsində Azərbaycanı təmsil edəcək. Qeyd edək ki, 2-4 aprel tarixində Bakıda AVRONEST Parlament Assambleyasının plenar iclası keçiriləcək, ölkəmizin bu qurumdakı nümayəndə heyətinin rəhbəri isə millət vəkili Elxan Süleymanovdur.