?Siyasi partiyalar haqqında? qanun müzakirəyə çıxarılacaq
?Siyasi partiyalar haqqında? qanun layihəsi yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq. Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib ki, ciddi dəyişikliklərdən sonra yenidən qəbul olunacaq qanun layihəsi artıq hazırdır. Yeni layihədə partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi məsələsi də nəzərdə tutulub.
Qanun layihəsində partiya yaratmaq üçün minimum 5 min imzanın toplanılması əsas şərtlərdən biri olacaq. S.Mirzəyev deyib ki, qanun layihəsi Venesiya Komissiyasında da müzakirə olunub. Artıq 1992-ci ildə qəbul olunmuş ?Siyasi partiyalar haqqında? Qanun günün tələblərinə cavab vermir. Ona görə də yeni qanun layihəsi hazırlanıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51