Rumıniyalı futbol mütəxəssisi Mirça Luçesku braziliyalı futbolçu Ronaldoyla bağlı maraqlı açıqlamalar verib.1998-1999-cu il mövsümündə İtaliya ?İnter?ini çalışdırarkən Ronaldo ilə bir komandada çıxış edən təcrübəli məşqçi ?Sport-ekspress? qəzetinə müsahibəsində bildirib ki, Ronaldonun karyerasının uğursuzluqla nəticələnməsində onun spirtli içki və gecə həyatına aludə olması yetərincə rol oynayıb. ?Ronaldo pivəni çox sevirdi. Bundan başqa, çox vaxt gecə saat 4-ə qədər diskotekada olur, orada məclislər təşkil edirdi. Mən bununla bağlı onunla tez-tez söhbət edirdim. Ronaldo isə cavabında deyirdi: ?Mister, mənim cəmi 23 yaşım var, həyatımı rəngarəng keçirmək istəyirəm?. Bu amillər onun futbolçu karyerasını məhv etdi?. Luçesku Ronaldoya görə ?İnter?dən ayrıldığını deyib: ?Bəli, mənim bu komandadan getməyimin səbəbkarlarından biri Ronaldoydu. Hərçənd, onunla normal münasibətlərim vardı. Sonra biz Çempionlar Liqasında ?Mançester Yunayted?ə səfərdə 0:2 hesabıyla uduzduq. Cavab matçının 60-cı dəqiqəsində, hesab 0:0 olarkən Ronaldonun yerinə meydana Bentolu buraxdım. O, oyuna girən kimi qol vurdu. Amma nəticədə ?Mançester?lə 1:1 hesabıyla heç-heçə etdik. Bir gün sonra məşqə gələndə gördüm ki, Ronaldo yoxdur. Dedilər ki, o, Braziliyaya gedib. Soruşdum ki, kimim icazəsiyzlə. Dedilər ki, Morattinin (?İnter?in prezidenti Mossimi Moratti nəzərdə tutulur ? red.)?. Luçesku məhz bu hadisədən sonra ?İnter?dən ayrıldığını bildirib.