Fazil Qəzənfəroğlu əfv siyahısından narazıdır
Böyük Quruluş Partiyası Azərbaycan prezidenti tərəfindən imzalanmış əhv fərmanını ümumilikdə müsbət addım kimi qiymətləndirsə də, vicdan məhbuslarının azadlığı buraxılmamasından təəssüfləndiyini bildirən bəyanat yayıb.
Bəyanatda deyilir ki, bu məsələdə beynəlxalq təşkilatların çağrışlarına əhəmiyyət verilməməsi ölkəmiz üçün əsassız təzyiqlərin artmasına səbəb olacaq və iqtidar-müxalifət dialoqunun da baş tutmasına ciddi əngəl yaradacaqdır. BQP Bəyanatında eyni zamanda iqdidarın müxalifətə qarşı barışmazlıq və dözümsüzlük sindromunu aşmasına çağırış da yer almaqdadır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51