gn=left]2010/abs-vasinqton.jpg[/libt] Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həlli yoxdur. Amerika hakimiyyətinin bu mövqeyini ABŞ-ın Dövlət Departamenti təsdiq edib. Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nuland keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. ?ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olaraq Dağlıq Qarabağ münaqişəsinin həllinin sülh yolu ilə nail olunmasına qəti şəkildə köklənib. Bu konfliktin hərb yolu ilə həlli yoxdur?,- deyə ABŞ Dövlət Departamentinin nümayəndəsi V.Nuland vurğulayıb.