Kanadada Novruz zənliyi
Novruz bayramı ilə əlaqədar Azərbaycan Respublikasının Kanadadakı səfirliyi bu ölkənin Ottava şəhərində yaşayan Azərbaycan icması ilə birlikdə tədbir keçirib. Səfirlikdən daxil olan məlumata görə, tədbirdə çıxış edən səfir Fərid Şəfiyev Novruz bayramı münasibətilə həmvətənlərimizi təbrik edib və Azərbaycan xalqının minilliklər boyu qoruyub saxladığı mənəvi sərvəti - Novruz bayramının əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib.
Həmçinin, Ottavada fəaliyyət göstərən ?Qarabağ? adlı Azərbaycan dili məktəbinin şagirdləri konsert proqramı ilə çıxış ediblər.
Tədbir zamanı Novruz bayramı üçün xarakterik olan Azərbaycan mətbəxinin inciləri, bayram xonçaları və s. nümayiş etdirilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47