islamçi-demokratlar ölkədəki vəziyyətdən narahatdırlar
?Ölkəmizə ictimai-siyasi durum getdikcə gərginləşir. Mən bunu may ayında keçiriləcək Eurovizion mahnı müsabiqəsindən öncə yaxşı hal hesab etmirəm?. Bu fikirləri AİDP sədri Tahir Abbaslı partiyanın mətbuat xidmətinə açıqlamasında deyib. Əhalinin sosial durumunun getdikcə pisləşdiyini deyən, T.Abbaslı bildirib ki, fəal siyasətçilərin və gənclərin hələ də həbsxanada saxlanması, mediaya qarşı təzyiqlərin artması, jurnalistlərə qarşı, konkret olaraq hakimiyyəti tənqid edən, korrupsiyadan yazan Xədicə İsmayılovaya qarşı kampaniyanın başlanması, onun şantaj olunması, bölgələrdə narazılıqların artması yaxşı hallar deyil və bu cəmiyyətdə ikrah doğurur: ?Hakimiyyət bütün bu məsələlərə diqqət etməlidir, əks təqdirdə ölkədə ciddi proseslər baş verə bilər?. AİDP sədrinin fikrincə cəmiyyət artıq bəzəkli açılışlara, 10 faizlik artımlara aldanmır: ?Cəmiyyət daha firəvan, rahat, demokratik şəraitdə yaşamaq istəyir. Bu mənada hakimiyyət tezliklə kadr islahatına başlamalı, parlamentə növbədənkənar seçkilər keçirməli, qanunsuz həbs olunanları azad etməli, korrupsiyaya qarşı mübarizəni görüntü müstəvisindən çıxarmalıdır?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51