Türkiyə super liqasında dünən iki oyun keçirilib. Lider ?Qalatasaray? turu itkisiz başa vurub. ?Cim-Bom? ?Türk Telekom Arena?da ?Gənclərbirliyi?ni Felipe Melo və Selcuk İnanın qolları ilə 2:0 hesabı ilə yenib. Bununla da lider üst-üstə 6-cı qələbəsini bayram edib. Bu oyundan sonra ?Gənclərbirliyi? 44 xallla 6-cı sıradakı yerini qoruyub. ?Qalatasaray? isə əzəli rəqibi ?Fənərbaxça? ilə aralarındakı xal fərqini 9-a qaldırıb. Maraqlı məqam ondan ibarətdi ki, növbəti turda üz-üzə gələcək ?Fənərbaxça? və ?Qalatasaray? klublarının hər ikisi derbidən öncə 2:0 hesablı qələbəyə sevinib. Günün digər oyununda isə ?İstanbul BB? ?Kayserispor?u qəbul edib. İstanbul təmsilçisi tək qolla qələbə qazanıb. Oyunun 60-cı dəqiqəsində Vebo yeganə qolun altına imzasını yazdırıb. Bu gün turun 5 oyunu keçiriləcək, sabah isə bir oyunla tura yekun vurulacaq.