ABŞ dövlət katibi Hillari Klinton Amerikada fəliyyət göstərən Ermənistan Milli Komitəsinin (EMK) ona ünvanladığı altı səhifəlik və 10 birbaşa sualdan ibarət məktuba yazılı cavab verib. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, məktubda dövlət katibinə qondarma erməni soyqırımının tarixi və bu dırnaqarası soyqırımın siyasi xarekterinə aid təxribat xarakterli suallar yer alıb. Hillari Klinton isə cavabında 1915-ci ildə baş vermiş hadisələrin Türkiyə ilə Ermənistanın birgə tarixi olduğunu bildirib. Dövlət katibi bu dövrə qiymət verməyin beynəlxalq ictimaiyyətin deyil, Türkiyə və Ermənistanın işi olduğunu vurğulayıb.