Cari ildə Azərbaycanın turizm potensialını əks etdirən 45 və 60 saniyəlik reklam çarxlarının ?Euronews? və ?Travel Channel? telekanallarında nümayiş olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi ilə adları qeyd olunan telekanallar arasında müqavilə yenilənib. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ?Euronews? telekanalı ilə 2006-cı ildən, ?Travel Channel? telekanalı ilə isə 2008-ci ildən etibarən əməkdaşlıq edir.