Müqavimət Hərəkatının Məclisi keçiriləcək
Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının mənzil qərargahında Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının İdarə Heyətinin növbəti yığıncağı keçirilib. MIA-nın xəbərinə görə, yığıncaqda qəbul olunmuş qərarların icrası müzakirə olunub. DCUMH qərarlarının icrası barədə məlumat nəzərə alınıb.
DCUMH-un Məclisinin ilk sessiyasının 2012-ci il mart ayının 11-də saat 12.00-da KXCP-nin mənzil qərargahında keçirilməsi haqda qərar qəbul edilib. Məclisin gündəliyinə İdarə Heyəti tərəfindən ölkədəki ictimai-siyasi vəziyyət, Hərəkatın vəzifələrinin müzakirəsi və Məclisin Reqlamentinin qəbulu tövsiyə olunub.
DCUMH Qubada hakimiyyətə etiraz edənlərin repressiya olunmasını, təqibini və həbsini qətiyyətlə pisləyir və hakimiyyəti odla oynamamağa çağırır. DCUMH-un İdarə Heyəti Hərəkatın rayon şöbələrinin yaradılması qrafikini təsdiq edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51