Bu gün Müasir Müsavat Partiyasının sədri Hafiz Haciyev ATƏT-in Bakı ofisinin Demokratikləşmə şöbəsinin rəhbəri Nikolas Dec ilə görüş keçirib. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, görüşdə ölkədə ictimai-siyasi vəziyyət, 2013-cü ildə keçiriləcək prezident seçkisi müzakirə olunub. Qarşılıqlı fikir mübadiləsi zamanı ölkə ilə bağlı ətraflı müzakirələr aparılıb. Müzakirələr zamanı ölkədə demokratik vəziyyət ,xalq arasında demokratiyanın yayılması, partiyaların və ictimai-siyasi təşkilatların bu yöndə apara biləcəyi işlər haqqında da fikirlər bölüşdürülüb. Eyni zamanda görüş zamanı ?Seçki Məcəlləsi?, ?Siyasi partiyalar haqqında? qanunlarla bağlı fikir mübadiləsi olub. Görüşdə parlament seçkilərindən sonra yaranmış siyasi vəziyyət, mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı, Seçki Məcəlləsinin təkmilləşdirilməsi, ?Siyasi partiyalar haqqında? qanunda dəyişikliklərin gecikmə səbəbləri və digər məsələlər barədə müzakirələr aparılıb.