Hafiz Hacıyev ABŞ diplomatı ilə görüzüb
Bu gün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Amerikanın Azərbaycandakı səfirliyinin Siyasi Məsələlər üzrə müşaviri xanım Ceymi Smiti partiyanın mənzil qərargahında qəbul edib.
Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, görüşdə MMP-nin Bakı şəhər təşkilatlarının sədrləri də iştirak edib. Tərəflər Azərbaycan-Amerika münasibətləri haqda ətraflı fikir mübadiləsi aparıb. Bu münasibətlərin daha da dərinləşdirilməsinin perspektivləri müzakirə olunub.
Daha sonra bütövlükdə Azərbaycanın Avroatlantik məkana inteqrasiya olunma cəhdləri, superdövlətlərlə münasibətlərin daha da sıxlaşdırılması ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı Azərbaycanda mövcud olan problemlərə də toxunulub. Regionda və ölkədəki siyasi durum, sərbəst toplaşmaq azadlığı ilə bağlı yaşanan çətinliklər, söz və mətbuat azadlığına, çoxpartiyalılığa yaradılan maneələr, seçkilərin saxtalaşdırılması barədə də müzakirələr aparılıb.
Amerikalı diplomat isə vurğulayıb ki, Amerika Azərbaycanın demokratik inkişafında maraqlıdır və ən müxtəlif yollarla buna nail olmağa çalışır.
Sonda qərara alınıb ki, MMP ilə Amerika səfirliyi arasında mütəmadi olaraq bu cür görüşlər keçirilsin.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50