Ermənistan Bakıda keçiriləcək ?Eurovision-2012? mahnı müsabiqəsində iztirakdan imtina edib
Ermənistan bu ilin mayında Bakıda keçiriləcək ?Eurovision-2012? mahnı müsabiqəsində iştirakdan imtina edib. Bu barədə müsabiqənin rəsmi saytı olan eirovision.tv-də məlumat yerləşdirilib.
Müsabiqənin icraçı drektoru Con Ola Sand bildirib ki, onlar həqiqətən də Ermənistanın bu il müsabiqədən imtinasına məyus olublar.
"Avropa Yayım Birliyinin səyləri və yarışmanın ev sahibinin Ermənistan nümayəndə heyətinin bu müsabiqədə rahat iştirakına təminat verməsinə baxmayaraq bizim nəzarətimizdən kənar olan şərtlər (şərait) onların qərarına mane ola bilmədi", deyə supervayzer əlavə edib.
Beləliklə, Azərbaycan, Bakıda keçiriləcək Eurovision-2012 müsabiqəsində elan edilmiş 43 ölkə əvəzinə 42 ölkə iştirak edəcək. Hər yarım finalda 18 ölkə təmsil olunacaq. Fransa, Almaniya, İtaliya, İspaniya, Birləşmiş Krallıq və müsabiqə keçiriləcək ölkə-Azərbaycan finala avtomatik olaraq qatılacaqlar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47