Bakı-Şamaxı yolunda qəza, 4 ölü
Azərbaycanda ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə bu gün Bakı-Şamaxı yolunun 25-ci kilometrliyində qeydə alınıb. ?Mitsubishi Pajero? markalı maşın yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə biri qadın olmaqla, maşında olan 4 nəfər hadisə yerindəcə dünyasını dəyişib.
Hazırda ölənlərin şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47