Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) Azərbaycan gəlib. Vasitəçilər Azərbaycan rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparacaqlar. Qeyd edək ki, vasitəçilərin regiona səfəri martın 2-də başlayıb. Onlar ilk olaraq İrəvana səfər edib, Ermənistan prezidenti və xarici işlər naziri ilə görüşüblər.