Deputatlarımız Brüsselə səfər edəcək
Azərbaycan Milli Məclisinin Belçika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərindən ibarət nümayəndə heyəti martın 5-də Belçikanın paytaxtı Brüsselə səfər edəcək. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinə qrupun rəhbəri Elxan Süleymanov, deputatlar Fuad Muradov, Zahid Oruc, Fazil Mustafa, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Qənirə Paşayeva, Azər Kərimli və Ceyhun Osmanlı daxildirlər.
Deputatlar Belçika Parlamentinin Nümayəndələr Palatasında təşkil edilən ?Dağlıq Qarabağ münaqişəsi - hüquqi və humanitar aspektlər?, ?İşğal edilmiş ərazilər, unudulmuş ərazilər? mövzularında müzakirələrdə iştirak edəcəklər.
Tədbir 1988-ci ildən indiyədək Azərbaycanın keçdiyi tarixi yolu və Dağlıq Qarabağ regionundakı mövcud humanitar vəziyyəti ictimailəşdirmək, həmçinin Belçikanın siyasi hakimiyyət dairələrinin diqqətini bu vacib məsələyə yönəltmək məqsədi daşıyır. Müzakirələrdə Belçikanın tanınmış siyasətçiləri, rəsmi dövlət adamları və deputatlar iştirak edəcəklər. Tədbirlərdə Azərbaycan reallıqları, Dağlıq Qarabağ həqiqətləri Avropa ictimaiyyətinin diqqətinə çatdıracaq.
Səfər çərçivəsində Azərbaycan parlamentarlarının Belçika Parlamenti Nümayəndələr Palatasının sədri Andre Flaho, həmçinin Belçika diplomatiyasının nüfuzlu nümayəndələri ilə görüşləri də nəzərdə tutulur. Səfər martın 8-də başa çatacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51