Milli Məclisin növbəti iclası martın 7-də keçiriləcək. MM-dən verilən məlumata görə, iclasda Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycan deputatları qarşısında çıxış da edəcək. Bundan əlavə, martın 7-dəki iclasda Məclisdə 13 məsələnin müzakirəyə çıxarılması gözlənilir.