Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının idarə Heyətinin növbəti yığıncağı keçirilib
Bu gün KXCP qərargahında Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının İdarə Heyətinin növbəti yığıncağı keçirilib. İclasda qərarların icra vəziyyəti, ölkədəki siyasi durum və təşkilati məsələlər müzakirə olunub. DCUMH Moskvada yaşayan azərbaycanlıların Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirməsinə yer verilməməsinin pisləyən bəyanat qəbul edib.
Bəyanatda Rusiyanın açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirdiyi, Xocalı qətliamının törədilməsində rus ordusunun iştirak etdiyi, Rusiyanın Qarabağ problemində tərəf olduğu və ona görə də bu ölkənin danışıqlarda vasitəçi qismində iştirakının doğru olmadığı bildirilir. Yığıncaqda DCUMH Məclisinin martın 11-də KXCP qərargahında keçirilməsi qərara alınıb. Bundan başqa bir sıra təşkilati məsələlərlə bağlı qərarlar qəbul olunub. Yığıncaqda kütləvi aksiyaların keçirilməsi ilə bağlı ilkin müzakirələr keçirilib. Rəsul Quliyev yığıncağa skype vasitəsilə qatılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51