ANS Şirkətlər Qrupunun prezidenti, rejissor Vahid Mustafayevin bu günlərdə ölkə ekranlarına çıxacaq, Xocalı soyqırımından bəhs edən ?Xoca? bədii filmi artıq nümayiş üçün hazırdır. Premyerası fevralın 26-a nəzərdə tutulan filmdə Vahid Mustafayev soyqırımın necə başlanması və bu hadisələrin pərdə arxası məqamlarını ön plana çəkib. Filmin hazırlıq və çəkiliş prosesi 2010-cu ildən başlamışdı. Təkcə onu qeyd edək ki, filmin çəkilişlərinə 2000-ə yaxın insan cəlb edilib. Kütləvi səhnələri və döyüş epizodlarının geniş yer aldığı ?Xoca? bədii filmi müasir kinematqorafın ən son nailiyyətləri əsasında lentə alınıb.