Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının yığıncağı keçirilib
Bu gün - 2012-ci il fevral ayının 17-də Klassik Xalq Cəbhəsi Partiyasının mənzil qərargahında Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının genişləndirilmiş yığıncağı keçirilib. Yığıncaqda 2012-ci il fevral ayının 23-də keçiriləcək ?Qarabağ Forumu?na hazırlığın vəziyyəti müzakirə edilib.
Müzakirələrdə DCUMH-un təsisçiləri, İdarə Heyəti üzvləri, Hərəkatda təmsil olunan partiyaların rəhbərlikləri və mütəxəssislər iştirak edib. ?Qarabağ Forumu?nun KXCP qərargahında 2012-ci il fevral ayının 23-də saat 12.00-da keçirilməsi və tədbirə diplomatik korpusların, beynəlxalq institutların Azərbaycan təmsilçilərinin, siyasi partiya, QHT və bütün KİV nümayəndələrinin dəvət edilməsi qərara alınıb.
Yığıncaqda DCUMH-un təşkilatnması ilə bağlı müzakirə keçirilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51