Milli Məclis gələn həftə Xocalı soyqırımını müzakirə edəcək
Milli Məclis gələn həftə Xocalı qətliamının 20 illiyi ilə bağlı xüsusi iclas keçirəcək. Bunu jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. İclasda dinləmələr aparılacaq və müvafiq qərarlar qəbul olunacaq.
B.Muradova qeyd edib ki, bir çox ölkələrdə artıq Xocalı qətliamına dair qətnamələr qəbul olunub: ?Artıq dünya ölkələrinin çoxu Xocalı soyqırımı barədə məlumatlıdırlar?.
1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal edib. 613 nəfər dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51