Qənirə Pazayeva Türkiyədə Xocalı konfransında iztirak edəcək
Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımının 20-ci ildönümü ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etmək üçün Türkiyəyə yola düşəcək.
Qənirə Paşayeva Türkiyənin Dənizli bölgəsində yerləşən Pamukkale Universitetində "20-ci yılında Hocalı Katliamı" konfransında çıxış edəcək. Fevralın 20-də keçiriləcək konfransda Azərbaycandan millət vəkili Qənirə Paşayeva, Türkiyə Böyük Millət Məclisindən isə milət vəkili Sinan Oğan çıxış edəcək. Onlar tədbir iştirakçılarının suallarını da cavablandıracaq.
Konfransın keçirilməsində Xocalı Soyqırımı, Dağlıq Qarabağ həqiqətlərinin daha geniş şəkildə yayılmasına nail olmaq, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki, 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verməkdir.
Tədbir çərçivəsində Qənirə Paşayeva və Qarabağın Azərbaycanlı İcmasının üzvü, sabiq millət vəkili Havva Məmmədovanın yazdığı və Türkiyə türkcəsində çap olunmuş "Hocalı Soykırımı: Tanıkların dilinden" kitabının təqdimatı da keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51