Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan və Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Böyük Britaniyanın Azərbaycandakı səfiri Piter Beytmanla görüşüblər. Görüşdə əsasən, Azərbaycan-Böyük Britniya münasibətləri və ölkədəki mövcud siyasi vəziyyət ətraflı müzakirə olunub. Bundan başqa, ölkədəki ümumi sosial-iqtisadi durum, iqtisadi sferada müşahidə olunan gəlişmələr, eyni zamanda, Böyük Britaniya, Norveç və digər Avropa ölkələrinin Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənməsində iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Yekunda aparılmış müzakirələrin faydalı olduğu vurğulanıb və belə təmasların davamlı təşkilinin vacibliyi bildirilib. Görüşdə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin Siyasi və Mətbuat məsələləri üzrə məsul şəxsi Günel Əhmədova da iştirak edib.