Fevralın 26-da Suriyada yeni konstitusiya layihəsinə dair referendum keçiriləcək. BBC xəbər verir ki, bu barədə Suriyanın dövlət televiziyası məlumat verib. Qeyd edək ki, Suriyanın yeni konstitusiyasının hazırlanması üzrə komissiyanın üzvləri fevralın 12-də yeni konstitusiya layihəsini ölkə prezidenti Bəşər Əsədə təqdim ediblər.