Bu gün saat 15.00-dan ?Eurovision 2012? Mahnı Müsabiqəsinə akkreditasiya başlayıb. Qeydiyyat aprelin 20-nə kimi davam edəcək. Bu gün Bakı vaxtı ilə saat 15.00-da (Mərkəzi Avropa vaxtı ilə saat 12:00-da) ?Eurovision? Mahnı Müsabiqəsi 2012-də nümayəndə heyətləri, media təmsilçiləri və fanlar üçün akkreditasiyaya start verilib. Qeydiyyat aprelin 20-də Bakı vaxtı ilə 02.59-da (Mərkəzi Avropa vaxtı ilə saat 23:59-da) başa çatacaq.Akkreditasiya prosesi ənənəvi olaraq www.eurovision.tv saytında Eurovision Family Accreditation System (EFAS) vasitəsi ilə həyata keçiriləcək. Aprelin 20-də proses bağlandıqdan sonra bu sistemə müraciət edən şəxsin akkreditasiyadan keçəcəyinə zəmanət verilmir. Qeyd edək ki, yalnız akkreditasiyadan keçən media mənsubları Eurovision Mahnı Müsabiqəsini işıqlandıra biləcək.