Milli Məclisin iclasında müzakirələr zamanı çıxış edən deputat İqbal Ağazadə Bakıda qar çovğunun yaratdığı problemlərə toxunub. O qeyd edib ki, qar çovğunu Bakıda həyatı iflic edib. ?İşıq problemi yarandı. Amma televiziyaları açırsan hər yerdə işığın olduğu deyilir. Halbuki, 2-3 gün bəzi yerlərdə işıq olmurdu. Bundan əlavə, Bakı şəhərinin icra başçısı Hacıbala Abutalıbov deyir ki, qar yağan zaman paytaxtın yollarına 12 min ton duz töküblər. Belə çıxır ki, əgər o qədər duz töksəydilər bütün Bakının küçələri ancaq duz olardı. Belə şey necə olur? Mən hökümətin hesabatında bununla bağlı məsələ qaldıracam. Onlar bununla bağlı gəlib hesabat verməlidirlər? deyə millət vəkili vurğulayıb.