Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva ?Bakı, mən səni sevirəm? kinolayihəsinin prodüseri Yeqor Konçalovskini qəbul edib. Kinolayihənin mətbuat katibi Şahnaz Abdullayevanın ANS PRESS-ə verdiyi məlumata görə, görüşdə layihənin ssenariləri müzakirə edilib və təsdiq olunub. Mart ayında filmin çəkilişlərinə başlanılacaq. Qeyd edək ki, çəkiliş qrupu fevral ayını 1-dən Bakıdadır. Layihənin rəhbəri Heydər Əliyev Fondunu vitse-prezidenti Leyla Əliyeva, prodüserləri Yeqor Konçalovski, Nadir Maçanov, Aleksey Qolubevdir. ?Bakı, mən səni sevirəm? layihəsi 10 filmdən ibarətdir. Hər filmin xronometrajı 9 dəqiqədir. layihənin rejissorları Yeqor Konçalovski (Rusiya), Nadir Maçanov, Aleksey Qolubev (Rusiya), Nərgiz Bağırzadə,İlqar Safat, Samir Kərimoğlu,Yavər Rzayev, Andrey Razenkov (Rusiya),Aleksander Fodor (İngiltərə), Andre Badalodur (İtaliya), ssenaristlər Nadir Maçanov, Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu,Yavər Rzayev və Aleksandr Novotoskiydir (Rusiya).