gn=left]2010/bank-of-baku.jpg[/libt] Azərbaycanın ?Bank of Baku? ASC 11 fevral - vergi işçilərinin peşə bayramı ilə əlaqədar Vergilər Nazirliyinin kollektivi üçün güzəştli kreditlər ayırmağa başlayıb. Bankın baş ofisindən verilən məlumata görə, fevralın 11-dən 29-dək Vergilər Nazirliyinin əməkdaşları istehlak və pul kreditlərinin illik faiz dərəcəsində 4%-lik endirim fürsətindən bəhrələnə bilərlər (avtomobil, ipoteka, əmanət və VİP kreditlər bu kampaniyaya şamil edilmir). Kreditin maksimal həddi 5 min manat ola bilər. Belə ki, güzəştli kreditin məbləği 3 min manat, müddəti isə 24 ay olarsa, aylıq ödəniləcək məbləğ Vergilər Nazirliyində çalışan yeni müştərilər üçün 165 manat, müsbət kredit tarixçəsi olan təkrar müştərilər üçün isə 159 manat təşkil edəcək. Xatırladaq ki, ?Bank of Baku? ASC 1994-cü ilin fevral ayında ?Tuqay Bank? adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin ?NAB Dış Ticarət? şirkəti və bir neçə fiziki şəxs çıxış edir.