Bakıda mənzəyi bəlli olmayan ət satılan bazar azkarlanıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında süni qiymət artımı hallarının qarşısının alınması məqsədilə Bakıda və respublikanın regionlarında ətin qiymətinin monitorinqini davam etdirir.
Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsi ilə H.Hüseynov küçəsinin kəsişməsində Əli Hacıyevə məxsus "Ət bazarı" adlandırılan ticarət mərkəzində aparılan yoxlama zamanı satılan heyvanların mənşəyini və alış qiymətini təsdiq edən sənədlərin olmadığı, habelə mal və qoyun ətinin regionlarda diri heyvanların satış qiyməti ilə müqayisədə heç bir iqtisadi əsası olmadan xeyli yüksək qiymətə təklif edildiyi müəyyənləşdirilib.
Bundan başqa, ticarət mərkəzində ət satışı zamanı müvafiq dövlət orqanları tərəfindən yoxlanılmamış və kalibrlənməmiş tərəzilərdən istifadə olunduğu da aşkar edilib.
Araşdırmalar davam etdirilir və nəticələrdən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19