Yanvarın 31-də Müsavat Partiyası Gənclər Təşkilatının 2 üzü İran səfirliyi yaxınlığında saxlanıb: Tural Hacıbəyli və Amid Süleymanov. Bu haqda AzadlıqRadiosuna Gənclər Təşkilatının üzvü İlham Rəsulzadə məlumat verib. Gənclər Məmməd Əmin Rəsulzadənin ad günü ilə bağlı tədbirdən qayıdırlarmış. İlham Rəsulzadə: ?İran səfirliyinin qabağından keçəndə, mübahisə yaranıb. Polislər iddia ediblər ki, guya onlar səfirliyə daxil olmağa çalışıblar. Zəng ediblər Səbail rayon Polis İdarəsinin 9-cu bölməsinə, gəncləri də tutublar. Axşam saatı olduğundan işin araşdırılması bu günə qalıb. İndi yaxınlıqdakı kameralara baxıb araşdırma aparmalıdırlar. Bizə hər hansı məlumat verilmir?. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov da AzadlıqRadiosuna məlumatı təsdiqləyib. O deyib ki, həmin gənclər yanvarın 31-i saat 21:00-da sərxoş halda İran səfirliyinin küçədəki işıqlandırma sistemini sındırmağa çalışıblar. Buna görə də polis bölməsinə aparılıblar. Ehsan Zahidov deyir ki, xırda xuliqanlıq hadisəsi ilə bağlı iş Səbail rayon Məhkəməsinə göndərilib: ?Həmin gənclər inzibati qaydada cəzalandırılacaqlar?. Tural Hacıbəyli Müsavat Partiyası icra aparatının rəhbəri, hazırda həbsdə olan Arif Hacılının qardaşı oğludur.#305;rda xuliqanl