Müsavat bazqanı Dövlət Bağçalı ilə də görüzdü
Müsavat Partiyasının başqanı İsa Qəmbərin Türkiyəyə səfəri davam edir. Bundan əvvəl də xəbər verdiyimiz kimi, İsa bəy Böyük Birlik Partiyasının qurultayına dəvətli olaraq Ankaraya yollanmışdı. Bu partiyanın mərhum lideri Möhsün Yazıçıoğlu sağlığında İsa Qəmbər və Müsavatla yaxından dostluq içərisində idi.
Müsavat başqanı səfər sırasında bir sıra görüşlər də keçirib. Bunlardan bəziləri barədə məlumat vermişdik. Dünən Müsavat başqanı Türkiyənin iqtidar və ana müxalifət partiyalarının liderləri, bir sıra ictimai xadimlərlə də görüşüb. Türk Ocaqları genəl başqanı Nuri Gürgür, BBP genəl başqanı Mustafa Destici,AK Parti genəl sekretarı Haluk İpek, Demokrat Parti genəl başqanı Namıq Kamal Zeybek,CHP genəl başqanı Kamal Kılıcdaroğlu ilə bir araya gələn Müsavat başqanı onlarla Türkiyə və Azərbaycanın ortaq problemlərini, iç və dış məsələlərdə əməkdaşlıq imkanlarımızı, demokratiyanın regiondakı perspektivlərini müzakirə edib. Müsavat Partiyasının başqanı İsa Qəmbər Türkiyənin Milliyyətçi Hərəkat partiyasının genəl başqanı Dövlət Baxçalı ilə də görüşüb. Müsavat başqanı müxbirimizə bildirib ki, istər uzun illərdir tanışlıqları olan liderlərlə, istərsə də yeni tanışdıqları xadimlərlə görüşlər olduqca səmimi və faydalı olub.
İsa Qəmbərin Türkiyə səfəri 1 fevralda bitir və Müsavat başqanı həmin tarixdə vətənə qayıdacaq.
musavat.com
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51