Azərbaycanın müxalifət liderləri ALP sədri Əvəz Temirxan, AXCP sədri Əli Kərimli, ADP sədri Sərdar Cəlaloğlu, Müsavat başqanının müavini Gülağa Aslanlı ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Jozef Debono Qrex və qurumun digər nümayəndələri ilə görüşüblər. Bu barədə MİA-ya Ə.Temirxan məlumat verib. Görüşdə ölkədə mövcud olan ağır ictimai-siyasi vəziyyət müzakirə olunub. Bütün partiyalar ölkədəki vəziyyətlə bağlı eyni mövqedən çıxış ediblər. Ə.Temirxan Azərbaycanda siyasi məhbusların həbsini, sərbəst toplaşma. söz və mətbuat azadlığının yoxluğunu, seşkiqabağı demokratik mühitin olmadığını, televiziyalarda müxalifət nümayəndələrinə yer verilməməsini, Azərbaycanda məhkəmə hakimiyyətinin yoxluğunu və Vəkillər institutunun iqtidarın təzyiqləri altında ol olduğunu diqqətə çatdırıb.