Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçisi Jozef Debono Qrex Bakıya gəlib. Bu gün digər həmməruzəçi Pedro Aqramunt da Bakıya gələcək. Həmməruzəçilər fevralın 2-dək davam edəcək səfər çərçivəsində prezident İlham Əliyev, Milli Məclisin spikeri, ədliyyə naziri, Ali Məhkəmənin sədri, ombudsman, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvləri, siyasi partiyaların liderləri, QHT rəhbərləri və media nümayəndələri ilə görüşəcəklər. Nümayəndələr eyni zamanda Qubaya səfər edəcək və yerli QHT-lərin təmsilçiləri ilə də görüşəcəklər. Debono Qrex və Pedro Aqramunt fevralın 1-də səfərin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirəcəklər.