ALDP prezident seçkilərinə hazırlığa bazlayır
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin
rəhbərliyi ilə Rəyasət Heyətinin və Sədr Aparatının partiyanın 13
illiyinə həsr olunmuş birgə iclası keçirilb.
Öncə ALDP-nin ilk sədri Zakir Məmmədovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış
edənlər qeyd ediblər ki, bu 13 il ərzində partiya yaxşı nailiyətlər əldə
edib. Baxmayaraq ki, yaranan gündən müstəqil fəaliyyətə üstünlük verən
ALDP həmişə müxalifət qüvvələrin birliyini arzulayıb. Və bu gün ALDP
müxalifət partiyalarını birləşdirən ən böyük və güclü olan Demokratik
Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının (DCUMH) üzvüdir. ?Bu 13 il
ərzində partiyanı tərk edənlər də olub, amma buna baxmayaraq partiya
yeni rayon təşkilatları təsis edib və yeni üzvlər qəbul olunub.
Partiyanın beynəlxalq əlaqələri inkişaf etməkdədir. Ölkədə keçirilən
bütün seçkilərdə iştirak etmişik. Bu seçkilərdə qarşımıza qoyduğumuz
məqsədlərə çatmasaq da seçki təcrübəmizi zənginləşdirmişik. Partiyamızın inkişafına bəzi qüvvələr tərəfindən maneələrə baxmayaraq biz tutduğumuz yoldan dönməmişik? - deyə ALDP sədri Fuad Əliyev qeyd edib.
İclasın sonunda 2013-cü ildə keçiriləcək prezident seçkilərinə hazırlıq
işlərinin başlanması tövsiyə olunub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51