Avropa Yayım Birliyinin nümayəndələri və Məşvərət Qrupu bu ilin may ayında Bakıda keçiriləcək ?Eurovision-2012? mahnı müsabiqəsinin Bayraq Meydanında inşa olunan ?Baku Crystall Hall?da keçirilməsi barədə qərar veriblər. Belə ki, Bakıda səfərdə olan Avropa Yayım Birliyinin nümayəndələri və Məşvərət Qrupu müsabiqənin Azərbaycanda təçkilatçısı və yayımçısı olan İctimai Televiziyanın təklif etdiyi məkanı bəyənib.