İctimai Palatanın (İP) Koordinasiya Şurası bu gün Fransanın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyasi keçirib. Aksiya Fransa Senatının qəbul etdiyi ermənipərəst qanuna etiraz xarakteri daşıyıb. Aksiyada itəxminən 300 nəfər iştirak edib. Amma polis aksiyanın sonadək keçirilməsinə imkan verməyib. İP-ə daxil olan partiyaların gənclər təşilatlarının üzvləri Fransa Senatının qondarma "erməni soyqırımı"na dair məlum qərarına etirazlarını bildiriblər. Polis onları səfirliyin yaxınlığından uzaqlaşdırıb.