Fransa prezidenti Nikola Sarkozi Senatda qəbul edilən qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi ilə bağlı açıqlama verib. Sarkozi qanun layihəsinin heç bir ölkəni hədəf götürmədiyini deyib. "Ortaq maraqlarımız istiqamətində hərəkət edin", deyə Sarkozi qeyd edib. Qeyd edək ki, qanun layihəsi Fransa Senatında qəbul edildikdən sonra 15 gün müddətində ölkə prezidenti tərəfindən təsdiqlənməlidir. Nikola Sarkozinin bu qanun layihəsini təsdiqləyəcəyi gözlənilir.