ALDP-dən Türkiyəyə dəstək
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin rəhbərliyi ilə Sədr Aparatının iclası keçirilib. İclasda Fransa Senatının qondarma ?erməni soyqırımı?nı inkara görə cəza nəzərdə tutan qanun layihəsini qəbul etməsinə etiraz olaraq bəyanat qəbul edib.
Bəyanatda deyilir ki, rəsmi Parisin bu qərarı Türkiyə başda olmaqla bütün türk dünyasına qarşı aparılan çirkin siyasətin nəticəsidir: ?ALDP olaraq Azərbaycanın da bu məsələdə Türkiyə ilə həmrəy olmasını vacib hesab edirik. Fransanın bu qərarı Parisi bütün türk dünyası ilə düşmən edə bilər. Bu isə Fransa üçün xoşagəlməz nəticələr vəd edir. Güman edirik ki, prezident Sarkozi öz təşəbbüsünün ona və bütün fransızlara başucalığı gətirməyəcəyini anlayaraq Senatın qərarını imzalamaqdan vaz keçəcək?.
ALDP sonda bəyan edib ki, əgər hadisələr Sarkozinin çirkin siyasətinə uyğun cərəyan edərsə onda Azərbaycan da öz səfirini Parisdən geri çağrılmalı və Fransa ilə bütün əlaqələrinə son qoymalıdır: ?Necə ki, Türkiyə Ermənistanla sərhədlərini bağlayıb Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana həmrəylik nümayiş etdirdi. Bununla yanaşı Azərbaycanın bütün siyasi qüvvələri Fransa səfirliyi qarşısında davamlı olaraq etiraz aksiyaları keçirməlidir?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50