Azərbaycan, Ermənistan və Rusiya prezidentləri - ilham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan arasında növəti görüş yanvarın 23-də Soçi şəhərində keçiriləcək. Bu barədə Rusiya Federasiyası prezidentinin rəsmi saytında məlumat verilib. Qeyd edək ki, bu, tərəflər arasında 2008-ci ildən bəri Rusiyanın təşəbbüsü ilə baş tutan 10-cu görüş olacaq. Prezidentlər sonuncu dəfə ötən il iyunun 24-də Kazanda görüşmüşdülər.