Yanvarın 17-də Ümid Partiyasının Sumqayıt şöbəsi qərargahından çıxıb. Qərargahı icarə verən şəxs yanvarın 15-də bitən icarə müqaviləsini uzatmayıb. Ümid Partiyasının sədri İqbal Ağazadə AzadlıqRadiosuna bildirib ki, yerin sahibi icarə müddətini uzatmaq niyyətindəymiş. Yanvarın 15-də AXCP Sumqayıt şəhər təşkilatının burda keçirdiyi tədbirdən sonra isə fikrindən daşınıb. İqbal Ağazadə bunu siyasi təzyiq kimi qiymətləndirir. Yanvarın 15-də AXCP Sumqayıt şəhər təşkilatı Ümid Partiyasının Sumqayıtdakı qərargahında tədbir keçirmək istəmişdi. Ancaq polis müdaxiləsindən sonra tədbir baş tutmamışdı. AXCP sədrinin müavini Asəf Quliyev və daha 4 partiya fəalını polis saxlamışdı.