Müsavat qurultay üçün Əl Oyunları Sarayını istəyir
Bu gün Müsavat Partiyası Qurultaya Hazırlıq üzrə Komitəsinin yığıncağı keçirilib. Başqan İsa Qəmbərin iştirakı ilə keçirilən toplantıda 8-ci qurultayın keçiriləcəyi yerlə bağlı qərar verilib.
Müsavat başqanının müavini Tofiq Yaqublunun verdiyi məlumata görə, qurultayın Əl Oyunları İdman Sarayında keçirilməsi barədə razılığa gəlinib. Əl Oyunları İdman Sarayının Müsavat Partiyasının qurultayına ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanacaq rəsmi məktub hazırlanıb: ?Dəqiqləşdirdik ki, Əl Oyunları İdman Sarayı Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır. Rəsmi məktub sabah BŞİH-ə təqdim olunacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51