"Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü ilə bağlı yeni razılaşma var". Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib. Onun sözlərinə görə, görüşün vaxtı və yeri tərəflər qrafiki razılaşdıranda müəyyənləşəcək. Bununla yanaşı nazir qeyd edib ki, bu formatda görüşlər davam edəcək. Xatırladaq ki, Rusiya KİV-i prezidentlər arasında üçtərəfli görüşün 23-24 yanvar tarixlərində Soçi şəhərində keçiriləyi barədə məlumat yaymışdılar.