Azərbaycanın ?Bank of Baku? ASC nağd pul kreditlərinə olan böyük tələbatı nəzərə alaraq ?Pul hamıya lazımdır!? şüarı altında yeni peşə kreditlərini təqdim edir. Bankdan verilən məlumata görə, indi arayış təqdim edə bilməyən müxtəlif peşə sahibləri, o cümlədən bütün növ ustalar, mühasiblər, tərcüməçilər, proqramçılar, dizaynerlər, rəssamlar, heykəltaraşlar, bağbanlar, dayələr, dərzilər, xalçaçılar, video operatorlar, fotoqraflar, musiqiçilər, müğənnilər, rəqqaslar, saç ustaları, kosmetoloqlar, vizajistlər, nizibatçılar, aşbazlar, repetitorlar, taksi sürücüləri, ofisiantlar və bir çox digər peşə sahibləri ?Bank of Baku?ya müraciət edib, peşə kreditlərindən faydalana bilərlər. Peşə kreditləri adlı məhsulunun şərtlərinə görə, kreditin məbləği minimum 300 ABŞ dolları, maksimum 10 min dollar təşkil edə bilər. Müddəti 24 aya qədərdir. Faiz dərəcəsi isə aylıq 2,08%-dən başlayır. Qeyd edək ki, bu kreditlərin verilməsi zamanı şəxsiyyət vəsiqəsindən əlavə heç bir digər sənəd tələb olunmur.