?Türkiyə hakim dairələri Azərbaycanın bu davranızını bəyənmədilər?
?Azərbaycan hakimiyyəti Türkiyənin üzləşdiyi problemdən çıxması üçün tükünü belə tərpətmir. Bəzi dişsiz çıxışları və müraciətləri nəzərə almasaq Azərbaycan hakimiyyəti Fransanın qondarma erməni soyqırımını tanımayanların cəzalandırılmasına dair layihə hazırlamasına, onun milli assambleyada təsdiqinə və senata göndərilməsinə qarşı ciddi təpki göstərməyib?.
Bu fikirləri AİDP sədri Tahir Abbaslı Fransa prezidenti Sarkozinin sözügedən qanun layihəsini Senata göndərməsinə münasibət bildirərkən deyib. Onun fikrincə Azərbaycan hakimiyyəti Türkiyənin ölkəmizi dəstəkləməsinin müqabilində demək olar ki mövqe nümayiş etdirmir: ?Hesab edirəm ki, Azərbaycanın xarici siyasətində tutduğu balanslaşdırma yolunun məhz bu məsələyə tətbiqi, daha açıq desək Fransanın xətrinə dəyməmək şərtilə davranması hakimiyyətin və ölkəmizin xeyrinə olmayan məsələdir. Azərbaycanla bağlı həssas məsələlərdə Türkiyənin prezidenti, baş naziri səviyyəsində mövqe nümayiş etdirildiyi halda bizim prezidentimiz nədənsə kəskin bildirmədi. Baş nazirimiz isə həmişə olduğu kimi ?susmaq qızıldır? prinsipinə əməl etdi. Məncə Türkiyə hakim dairələri Azərbaycanın bu davranışını bəyənmədilər?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50